EN

TƏBİB (Şamaxı HMK) tibbi xidmətdən də imtina edir, imtinanı qərarını verməkdən də

TƏBİBTƏBİB (Şamaxı HMK) tibbi xidmətdən də imtina edir, imtinanı qərarınıverməkdən də10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilməməsindənməhkəməyə müraciətə də qadağa qoyulubAğsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinsonxəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktikiolaraq tibbi xidmətdən imtina edir. Hətta xidmətdən imtina barədəqərarı da verilmir ki, yuxarı orqana, yaxud məhkəməyə müraciətedilsin. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə Ağsu RMX-nın göndərişi iləxərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının (HMK) yoxlamasınaaparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə baxmaqdan imtina edib.(?) Komissiya xəstəyə baxıb forma-88 arayışını ƏƏSMN tabeliyində DövlətTibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) göndərməkyerinə, xəstəni gətirən ailə üzvləri ilə “sənəd çatışmazlığı” davası edib vəqərəzlə xəstənin durumuna göz yumub. Halbuki həmin gün Ağsudan 2həkimin gətirdiyi sənədlər yoxlamadan keçmədən ƏƏSMN altsisteminəvurulub.Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavabverməkdən belə imtina edir . Halbuki tibb xidmətinin xəstənin ağırdurumuna görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir.TƏBİB-in əsas işi xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylışikayətlərdən sonra TƏBİB-in müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavabverib ki, Şamaxı HMK NK-nın qərarı ilə əlillik meyarlarının xəstəyə əlilliktəyinatına yol vermədiyi əsası ilə imtina edilib. Birincisi, əlillik təyinatınıƏƏSMN tabeliyində DTSERA həyata keçirir. DTSERA isə rəsmi məktublabildirib ki, f-88 göndəriləcəyi halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nınqərarında təkcə yüksək qan təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatıaparılması təsbit olunub. TƏBİB hansı meyarlara istinad edib, şəkərdəngözü tutulan, 2-3 -cü tip ürək çatmazlığı, 180-200 hipertoniktəzyiqi, diabetik angiopatiya, diabetik retinopatiya, diabetikpolinevropatiya, sabit gərginlik stenokardiyası II-III f/s , Parkinsonxəstəsinə əlillik düşmədiyini qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu11.10.2024-cü il tarixli imtina qərarı? Xəstəni yoxlamadan, heç üzünə beləbaxmadan hansı vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyətəqdim olunmur ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana,məhkəməyə şikayət verilə bilsin?TƏBİBTƏBİBİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə,TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə işşöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbiyardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan ,sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyəatılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nınxidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnızöldürmək mümkündür. Onda kim cavab verəcək?Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA-ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsitəkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in,Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Buməsələyə baxmaq isə prokurorluğun boynundadır.3 aya yaxındır yataq xəstəsinin ailə üzvləri xidmətdən imtinaqərarını tələb edirlər, təqdim olunmur. Ailənin başçısı tibbixidmətdən də məhrum edilib, hüquqi xidmətdən -məhkəməmüdafiəsindən də.Pir HəsənliAdları çəkilən şəxs və qurumlarında mövqeyiini dərc etməyə hazırıq!TEREF

Chosen
9
1
yenisoz.az

2Sources