EN

Türkiyə Pakistanda törədilən terror aktını qınadı

 

  Türkiyə Pakistanın Cənubi Vəziristan bölgəsində törədilən terror aktını qınayıb və həyatını itirənlərə başsağlığı verib.

  Pakistanda baş verən terror aktı ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Cənubi Vəziristan bölgəsində törədilən terror aktında çoxlu əsgərin həyatını itirdiyi xəbərindən dərindən kədərləndik. Bu mənfur hücumu pisləyir, şəhidlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik. Türkiyə Pakistanın terrorla mübarizəsində güclü həmrəyliyimizi bir daha vurğulayır".

  Qeyd edək ki, dekabrın 21-də Pakistanın Vəziristan bölgəsi Makeen şəhərində təhlükəsizlik qüvvələrinin nəzarət məntəqəsinə edilən hücumda 16 əsgər həyatını itirib.



Chosen
5
trt.net.tr

1Sources