EN

Rafinya: “Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm”

“Barslona”nın cinah hücumçusu Rafinya İspaniya La Liqasının 18-ci turunda Madrid “Atletiko”suna qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az xatırladır ki, Kataloniya nəhəngi bu oyunda 1:0 hesabıyla öndə olduğu halda, yekunda 1:2 hesablı məğlubiyyətə üzülüb.

Braziliyalı futbolçu matçla bağlı İspaniya mətbuatına açıqlamasında bunları söyləyib:

“Mənim, hesabı bərabərləşdirmək üçün fürsətim vardı, amma bunu əldən verdim. Bizə vurulmuş ikinci qol zamanı isə hücumu dayandıra bilmədim. Mən məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm”, deyə Rafinya vurğulayıb.

“Barslona”nın ispan mərkəz yarımmüdafiəçisi Pedri də “Atletiko”ya ev məğlubiyyətini (1:2) şərh edib:

“Bu, çox ağır məğlubiyyətdir. Düşünürəm ki, oyunda qalib gəlmək imakanımız vardı, amma bu, alınmadı”, deyə Pedri vurğulayıb.

Kataloniya təmsiçisinin ispan mərkəz müdafiəçisi Pau Kubarsi isə ağır məğlubiyyətlə bağlı bunları bildirib:

“Bu, izahedilməzdir. Bu, bizim təqsirimizdir. Oyunu nəzarətdə saxladıq, amma nəyisə görməzdən gəldik”.

“Barselona”nın alman baş məşqçisi Hans-Diter Flikin köməkçisi Markus Zorq da bu oyunla bağlı düşüncələrini paylaşıb:

“Son dəqiqələrdə oyun fərqli gedişat üzrə keçdi. Çoxlu qol imkanları yaratdıq, amma qol vura bilmədik. Bu, ağrılı məğlubiyyətdir”, deyə Zorq vurğulayıb.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 41-ə çatdıran “Atletiko” La Liqanın turnir cədvəlində liderliyə yüksəlib. Madridin digər təmsilçisi “Real” 40 xalla ikinci sırada qərarlaşıb. Paytaxt klublarından bir oyun çox keçirmiş “Barselona” isə 38 xalla 3-cü yerdədir.

Chosen
20
arena.az

1Sources