EN

Rusiya Avropaya qaz tədarükünü artırıb

Ukraynadan tranzitin ləğvi fonunda Rusiya Avropaya qaz tədarükünü artırıb...

Poliqo Bruegel analitik şirkətinin məlumatlarının təhlilinə əsasən xəbər verir ki, 2024-cü ilin ilk 11 ayı ərzində Rusiya Avropa İttifaqına qaz tədarükünün həcmini dörddə bir artıraraq 49,6 milyard kubmetrə çatdırıb.

Əsas artım boru kəmərlərinin tədarükü hesabına təmin edilib. 11 ay ərzində belə ixrac 26% artaraq 30,3 milyard kubmetr təşkil edib. Bu, 2023-cü ildəki 8,4% ilə müqayisədə bütün Avropa qaz idxalının təxminən 11,1%-ni təşkil edir.

Qeyd edək ki, ötən həftə prezident Vladimir Putin Ukraynanın Avropa istehlakçılarına Rusiya qazının tədarükünü dayandırdığını xatırladıb. Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Rusiya qazının tranzitini uzatmaq fikrində olmadığını bildirib.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources