Sumqayıtda 15 yaşlı gənc oğlan bıçaqlanıb.
Moderator.az xəbər verir ki, hadisə 42-ci məhəllədə qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü K. Q. münaqişə zamanı tanışı tərəfindən bıçaqlanıb.
Xəsarət alan 15 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır. /APA