Bakıda ülli miqdarda dələduzluqda təqsirləndirilən Yadigar Bilalovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 23-nə təyin edilib.
Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yadigar Bilalov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, cinayət işi üzrə İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı zərərçəkən kimi tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 44750 manatlıq dələduzluqda ittiham olunur.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunan Yadigar Bilalov Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğul olub. Zərərçəkənlər isə qızıl alverçiləri olub.
Kamal Məmmədov