EN

Ceyhun Bayramovun Serbiyaya səfəri başlayıb

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, Serbiyanın xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlər keçirməsi planlaşdırılıb.

Bu səfər iki ölkə arasında mövcud diplomatik münasibətlərin inkişafına yeni töhfələr verməyi hədəfləyir.

 
 

Chosen
1
49
7news.az

10Sources