EN

Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin konfransı keçirilir

Bakı. Trend:

Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən“Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji,sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindənbiri kimi” mövzusunda konfrans keçirilir.

Trend xəbərverir ki, tədbirdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və OrtaBiznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri OrxanMəmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəDövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini HasilAbbasov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müaviniNərmin Mirzəyeva, Milli Məclisin bir neçə deputatı, eləcə də,Azərbaycan və Türkiyənin bir sıra iş adamları iştirak edirlər.

Konfransın ardından ATİB İdarə Heyətinin İllik ÜmumiYığıncağının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ikiqardaş ölkənin nümayəndələri olan üzvlərinin iqtisadi və sosialsahədə həyata keçirilmiş islahatlar, müvafiq qanunvericilikaktlarında dəyişikliklər barədə məlumatlılığını artırmaq, habeləonların fəaliyyətinə ölkənin inkişaf prioritetlərinə uyğun dəstəkvermək məqsədilə vaxtaşırı müxtəlif mövzularda tədbirlər həyatakeçirir.

Xəbər yenilənəcək

Chosen
12
5
az.trend.az

6Sources