EN

Zurabişvili “Gürcü arzusu”na ultimatum verib

...Hakim Rusiyayönlü “Gürcü Arzusu” partiyasına müxalifətdə olan Gürcüstan prezidenti Salome Zurabişvili prezident postundan istefa verməkdən imtina etdiyini təsdiqləyib və ayın sonuna qədər yeni parlament seçkilərinin təyin edilməsini tələb edib.

SİA-nın məlumatına görə, “Tbilisi life” xəbər verir ki, o, bazar günü, dekabrın 22-də Tbilisidə etirazçılar qarşısında çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

Zurabişvilinin prezident səlahiyyətləri dekabrın 29-da başa çatır, lakin o, prezidenti seçən parlamentin legitimliyini tanımadığı üçün vəzifəsini tərk etmək niyyətində deyil.

Müxalifət oktyabrın sonunda keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb və onları total saxtakarlıqda ittihamedib.

Qeyd edilməlidir ki, Tbilisi başda olmaqla Gürcüstanın digər şəhərlərində küçə etirazları davam edir, iştirakçılar yeni seçkilərin keçirilməsini tələb edir və ölkənin Avropa yolunu müdafiə edirlər.

Etirazçılar qarşısında çıxışı zamanı Zurabşvili Avropa İttifaqını Gürcüstan müxalifətinə dəstək verməyə çağırıb.

Bu arada təhlükəsizlik qüvvələri prezidentin çıxışını pozmağa hər cür cəhd edib.

Belə ki, mitinqin başlamasına bir neçə saat qalmış onlar gürcü liderinin çıxışı üçün avadanlıqların olduğu treyleri ələ keçiriblər.

...Gürcüstan prezidenti Salome Zurabişvilinin çıxışı zamanı səs kəsilib. İnternet də fəaliyyətini dayandırıb.

Bunu “Tbilisi life” yazır.

Bundan əlavə, “Gürcü arzusu” Zurabişvilini yeni seçki çağırışlarına görə cinayət təqibi ilə hədələyir.

Müvafiq təhdidləri daha əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze də səsləndirib. Prezident də öz növbəsində cavab verdi ki, o, bu təhdidlərdən qorxmur və Gürcüstanı tərk etmək niyyətində deyil.

Əli Babayev

Chosen
9
sia.az

1Sources