EN

ABŞ amerikalıları Belarusu dərhal tərk etməyə çağırdı

Belarusdakı ABŞ vətəndaşları dərhal respublikanı tərk etməlidirlər.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Agentlik həmçinin amerikalıları ölkəyə səyahətdən çəkinməyə çağırıb. Dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin deyib: Rusiya Belarusun təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək.

Qeyd edək ki, noyabrın 14-də Belarus lideri bildirib ki, Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra seçki şüarında dediyi kimi, Amerikanı həqiqətən də möhtəşəm edəcək, lakin bunu başqa ölkələrin hesabına etməyəcək.

//Gülnarə Abasova, Editor.az

Chosen
11
editor.az

1Sources