EN

Robert Fitso Putinlə Moskvada görüşdü - Avropa ŞOKA düşdü

Slovakiyanın baş naziri Robert Fitsonun Moskvaya səfəri beynəlxalq mətbuatda geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Fitsonun bu addımı xüsusilə Avropa İttifaqının (Aİ) Rusiyadan enerji asılılığını azaltmaq cəhdləri fonunda diqqət çəkir.

“Politico” nəşri Robert Fitsonun Moskvaya səfərini “şokedici qərar” adlandıraraq, bunun Avropa liderləri arasında müzakirələrə səbəb olacağını qeyd edib. Nəşr vurğulayıb ki, bu səfər Aİ-nin Moskva ilə enerji sahəsindəki asılılığına son qoymaq öhdəliyinə ziddir.

“Financial Times” yazır ki, səfər Slovakiya ilə Ukrayna arasında enerji təhlükəsizliyi məsələsindəki gərginliklər fonunda baş tutub. Xüsusilə, keçən həftə Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski ilə Robert Fitso arasında keçirilən görüşün gərgin keçdiyi bildirilib.

İtaliyanın “Quotidiano Nazionale” nəşri Fitso ilə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşə diqqət çəkərək, bu iki siyasətçi arasında münasibətlərin istiliyini vurğulayıb. Nəşr 2016-cı ildən bəri bu iki liderin ilk dəfə birbaşa görüş keçirdiyini qeyd edib.

Robert Fitsonun Moskva səfəri Avropada fərqli reaksiyalar doğurub.

Bəzi ekspertlər bunu Aİ-nin enerji siyasətinə meydan oxumaq kimi qiymətləndirir, digərləri isə bunu Slovakiyanın öz milli maraqlarını qorumaq cəhdi kimi dəyərləndirirlər. Bu səfərin regional enerji təhlükəsizliyi və Avropa-Rusiya münasibətlərinə təsiri isə yaxın vaxtlarda daha aydın olacaq.

Musavat.com

Chosen
8
3
musavat.com

4Sources