Qara dənizin İstanbul sahillərində mina aşkar edilib və bu gün zərərsizləşdiriləcək.
Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
KİV-in məlumatına görə, vətəndaşlar İstanbulun Şilə rayonu, Ağva qəsəbəsi sahillərində dənizdə şübhəli əşya görüblər.
"Hadisə yerinə gələn mütəxəssislər bunun dəniz minası olduğunu müəyyən ediblər", - nəşr yazır.
Ağva çimərliyi və mayak sahəsi xüsusi nəzarətdədir.
Rusiya Federasiyası 2022-ci ilin martında bəyan etmişdi ki, Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya xüsusi əməliyyatı başlayandan sonra Odessa, Oçakov, Çernomorsk və Yujnı limanları ətrafında 420-yə yaxın mina quraşdırıb.