EN

Bu ölkədə TikTok qadağan EDİLDİ

Albaniya rəhbərliyi ölkədə TikTok sosial şəbəkəsini qadağan etmək qərarına gəlib.

Viral.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Edi Rama açıqlayıb.

Onun sözlərinə görə, 2025-ci ilin əvvəlindən qüvvəyə minəcək qadağa Albaniyanın bütün vətəndaşları üçün bir il müddətinə qüvvədə olacaq.

Son Yazılar:

E.Rama qeyd edib ki, Albaniya qərarın ləğvi və yaxud müddətinin uzadılması barədə qərar verməzdən əvvəl şirkətin və digər ölkələrin reaksiyasını müşahidə edəcək.

Ölkədə sözügedən sosial şəbəkədən istifadəyə qadağa qoyulmasına səbəb isə ötən ay 14 yaşlı yeniyetmənin qətlə yetirilməsi olub.

Belə ki, həmin gənc dava zamanı digər bir məktəbli tərəfindən bıçaqlanıb. Yerli media yazıb ki, məktəblilər arasında davaya səbəb sosial şəbəkələrdə onlar arasında düşən mübahisə olub. Hadisədən sonra TikTokda bununla bağlı çox sayda video yayılıb. Həmin videolarda məktəblilər qətlə haqq qazandırıb.

Şirkət isə öz növbəsində insidentlə bağlı açıqlama yayaraq, hər iki gəncin TikTokda hesabının olmadığını və onlar arasında mübahisənin başqa sosial şəbəkədə baş verdiyini bildirib.

Chosen
8
7
viral.az

8Sources