EN

“Azad olunmuş torpaqlarımızda ucalan azan səsləri qürur mənbəyimizdir”

“Azad olunmuş torpaqlarımızda yenidən inşa olunmuş məscidlərimizdə ucalan azan səsləri qürur mənbəyimizdir. Yeni məscidlərdə fəaliyyətə başlayan din xadimlərimiz sıralarımızı genişləndirir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda bildirib.

Şeyxülislam qeyd edib ki, dövlət əhəmiyyətli bayramlar və günlər məscidlərdə moizələrdə yüksək səviyyədə təşviq olunur:

“İmam Hüseyn əleyhissalamın və Əhli-Beynitin, vətən və şərəf uğrunda canından keçən bütün şəhidlərimizin ehtiramla yad edildiyi ənənəvi Aşura mərasimlərində təşkil etdiyimiz qanvermə aksiyaları ictimaiyyət tərəfindən yüksək təqdir olunur.

Məhərrəmlik tədbirlərində və Ramazan dönəmində məzhəbindən asılı olmayaraq vəhdət halında iştirakımız milli-mənəvi vəhdətimizin təzahürü olub, milli dövlətçiliyimizə xidmət edən mühüm amildir. Təsadüfi deyil ki, ölkəmiz dünyada dinlərarası və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik dövlət kimi tanınır və təqdir edilir.

Din xadimlərimiz üçün illər öncə hazırladığımız Xütbələr və Moizələr kitabı maarifləndirmə işində xüsusi əhəmiyyət kəsb edir. Şükürlər olsun, milli-mənəvi birliyimizə xidmət edən vahid namaz təqvimi, azanların eyni vaxtda verilməsi, müqəddəs dini bayramların vəhdət şəklində keçirilməsi məsələləri həllini tapıb”.

Nuranə Daxilqızı

Chosen
15
qafqazinfo.az

1Sources