ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin onunla Ukraynadakı müharibəni müzakirə etmək üçün görüş keçirmək istəyini ifadə edib.
Herbiand.az xəbər verir ki, Amerikanın CNBC telekanalı öz saytında Trampın bazar günü Arizonada tərəfdarları qarşısında çıxışı zamanı verdiyi bəyanatdan sitat gətirir: “Prezident Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söylədi”.
Dekabrın əvvəlində Donald Tramp Notr-Dam kilsəsinin bərpasından sonra açılış mərasiminin keçirildiyi Parisə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin də qatıldığı Fransa prezidenti Emmanuel Makronla görüşüb. Bu üçtərəfli ünsiyyət nəticəsində Tramp Ukraynada “dərhal atəşkəsə” çağırıb.