İspaniya Hava-Kosmik Qüvvələri üçün əlavə 25 ədəd “Eurofighter” döyüş təyyarəsi sifariş edilib.
“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, təyyarələrin tədarükü ilə bağlı İspaniya hökuməti Almaniyanın Münhen şəhərində yerləşən NATO Eurofighter və Tornado İdarəetmə Agentliyi (NATO Eurofighter and Tornado Management Agency – NETMA) ilə satınalma müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, sifariş edilən 25 ədəd “Eurofighter”dən 21-i tək, 4-ü isə tandem oturacaqlıdır və onların İspaniya Hava-Kosmik Qüvvələrinə təhvil verilməsinə 2030-cu ildən başlanacaq.
Qeyd olunub ki, “Halcon II” proqramı çərçivəsində edilən bu sifarişlə birlikdə İspaniya Hava-Kosmik Qüvvələrində xidmət göstərəcək “Eurofighter” döyüş təyyarələrinin sayı 115 ədədə çatdırılıb.