EN

BDU ilə Qırğız Milli Aqrar Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 23 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğız Milli Aqrar Universitetində olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov Qırğız Milli Aqrar Universitetinin beynəlxalq əlaqələr və investisiyaların cəlb edilməsi üzrə prorektoru Aijan Tolobekova, Tədris mərkəzinin direktoru Şərabidin Amatovla görüşüblər.

Görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə aqrar elmlər sahəsində birgə tədqiqatların həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələləri ön plana çıxıb.

BDU nümayəndələri universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış addımlar, keyfiyyət təminatı və rəqəmsallaşma sahəsindəki yeniliklər barədə təqdimat ediblər. Təqdimatda BDU-nun beynəlmiləlləşmə strategiyası və qlobal rəqabət qabiliyyətini artırmaq üçün əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunub.

Qırğız Milli Aqrar Universitetinin rəsmiləri təklif olunan əməkdaşlıq istiqamətlərini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın həm akademik, həm də elmi fəaliyyətlərdə yeni imkanlar yaradacağını vurğulayıblar.

 

Chosen
11
1
azertag.az

2Sources