EN

NİİM bayram və tətil günlərində vətəndaşlara erkən saatlarda səfərə çıxmağa tövsiyə edir

Bakı, 23 dekabr, AZƏRTAC

Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfərə çıxanların sayının çox olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir: “Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfərə çıxanların çox olması ilə əlaqədar, xüsusilə axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda planlaşdırsınlar. Həmin günlərdə gücləndirilmiş iş rejimində çalışacaq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat veriləcək”.

Chosen
1
18
azertag.az

10Sources