EN

“Qarabağ” aldığı bu transfer TƏKLİFinə də “yox” dedi

«Sevilya» Olavio Juninyonun transferi üçün növbəti həmləsini edib.

İspaniya klubu braziliyalı hücumçudan ötrü ikinci dəfə «Qarabağ»ın qapısını döyüb.

La Liqanın titulu iştirakçısı bu dəfə 3,2 milyon avroluq təkliflər paketi ilə ağdamlı həmkarlarının vaxtını alıb.

Bəli, bu, həqiqətən belədir: «köhlən atlar» cənubi amerikalı legionerin göstərilən rəqəmə də satmaq fikrindən uzaqdır.

İlk başda dedikləri kimi: «sambaçı»nı satmağa hazırdırlar, amma belə məbləğlərə yox.

«Qarabağ»ın məqsədi real bazar qiymətləri ilə üst-üstə düşür - daha çox ödəməlisən!

Əndəlüslülər bundan qabaq 2 milyon avro ilə «Qarabağ»a üz tutmuşdu. Və yəqin ki, transfer danışıqları qarşıdakı günlərdə çox da irəliləməyəcək.

Azərbaycan çempionu belə güzəştə gedən deyil. «Sevilya» da təklifi bundan qat-qat üst rəqəmə çıxarmaq istəyənə oxşamır.

Juninyo 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla 31 qola imza atıb.

«Sambaçı» cari mövsümdə 11 dəfə rəqib qapılarına yol tapıb. Onun Ağdam klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

SPORTİNFO.AZ

Chosen
17
sportinfo.az

1Sources