EN

TƏBİB-in tabeli tibb müəssisələrdə neçə nəfər işləyir?

Bakı. Trend:

Hazırda TƏBİB-in nəzdindəki 91 publik hüquqi şəxsin 2 701 tabelimüəssisəsi var. Bu müəssisələrdə 93 min 64 işçi çalışır, onlardan16 min 695-i həkimdir.

Trend xəbərverir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar QurbanovTƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dairmətbuat konfransında deyib.

O bildirib ki, TƏBİB aparatında isə 315 nəfər fəaliyyətgöstərir:

“2024-cü il ərzində də peşəkar kadrların TƏBİB ailəsininsıralarına qoşulması üçün işlər aparılıb. 2024-cü il ərzində tabelitibb müəssisələrinə müsahibə tələb olunan vəzifələr üzrə 1 245müraciət daxil olub. Onlardan 711 müraciətə müsbət rəy verilib. 79namizəd tabeli tibb müəssisələrinin rəhbər vəzifələrinə qəbulolunub. İşə qəbulla bağlı daxil olan tabeli müəssisələr üzrəmüsahibəsiz müraciətlərə dair isə 748 müraciət daxil olub. Onlardan494 nəfərə müsbət rəy verilib.

TƏBİB aparatında çalışmaq üçün isə 306 namizəd müsahibə mərhələsinəcəlb olunub. Onlardan 69 əməkdaş işə qəbul olunub”.

V.Qurbanov əlavə edib ki, il ərzində “Azərbaycan TibbUniversitetinin Müalicə və profilaktika fakültəsinin yuxarı kurstələbələrinin TƏBİB-in tabeli tibb müəssisələrində orta tibb heyətikimi işə qəbulu” layihəsi də keçirilib:

“100 tələbə imtahandan uğurla keçərək təlimlərə cəlb olunub.“TƏBİB könüllüləri” layihəsi çərçivəsində isə tabeli müəssisələrdəümumi könüllülük fəaliyyətinə 150-dən çox tələbə cəlb olunub”.

Chosen
1
8
az.trend.az

10Sources