EN

TƏBİB-ə daxil olan şikayətlərin sayı açıqlandı


 
“2024-cü ildə TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin sayı və onların strukturlaşmış şəkildə cavablandırılması, həmçinin minnətdarlıq məktubları və təşəkkür zənglərinin artımı müşahidə edilib”.
 
Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB-ə elektron sənəd dövriyyəsi sistemi üzərindən və kağız daşıyıcıda ümumilikdə 24 min 265 vətəndaş müraciəti (birbaşa vətəndaşlardan və təşkilatlardan vətəndaşla bağlı) daxil olub:
 
“Bu müraciətlərdən 13 min 120-si ərizə, 11 min 117-si şikayət, 28-i isə təklif olub. TƏBİB-in rəsmi elektron poçt ünvanına isə 23 min 247 müraciət daxil olub.

2024-cü ilin 11 ayı ərzində TƏBİB-də 5 561 vətəndaşın qəbul edilməsi təmin edilib. Cari ilin 11 ayı ərzində Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin sayı isə 101 min 853 olub”.
 
Aygün, BakuPost

Chosen
7
8
bakupost.az

9Sources