EN

Dünya Alpaqut Federasiyasının hesabat iclasi keçirilib



Dünya Alpaqut Federasiyasının İlin Yekunları ilə bağlı Hesabat İclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasda 2024-cü ildə görülmüş işlərin hesabatı dinlənilib və 2025-ci il üçün fəaliyyət planı müzakirə edilərək təsdiq olunub.

İclasda həmçinin Federasiyaya yeni üzvlərin qəbulu, beynəlxalq fəaliyyətin genişləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənclərə sosial məsuliyyətin aşılanması kimi məsələlər də müzakirə edilib.

Xüsusilə qeyd edilib ki, Dünya Alpaqut Federasiyası təkcə idmançı yetişdirmək məqsədi güdmür. Eyni zamanda, vətəninə sadiq, dövlətinin siyasətinə dəstək olan, milli dəyərləri qoruyan və ən əsası yaxşı insan olmağı təbliğ edən gənclərin formalaşdırılmasını hədəfləyir.

Qorumaq, inkişaf etdirmək və təşviq etmək prinsipləri üzərində qurulan fəaliyyət 2025-ci ildə daha da irəliyə aparılacaq.

Süleyman
Chosen
7
newscenter.az

1Sources