Bakı. Trend:
TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğıləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadrtəminatının və digər xərclərin maliyyələşdirilməsi sahəsindəİnnovasiya və Təchizat Mərkəzi tərəfindən işlər görülüb.
Trend xəbərverir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar QurbanovTƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dairmətbuat konfransında deyib.
O bildirib ki, hazırda şəkərli diabet xəstələrinin vahidelektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub.
V.Qurbanov əlavə edib ki, B və C virus hepatitli xəstələrinvirusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiyatərəfindən isə 1 dekabr 2024-cü il tarixinə olan məlumatlara əsasən512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1055 xəstə isə ilərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib.