EN

“Coca-cola”nın yükünü daşıyan “Vtek” MMC cərimələnir

“Coca-cola” şirkətinin paylama işlərini həyata keçirən “Vtek” MMC yükdaşıma-çatdırılma şirkəti ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Vtek”in İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 469.3-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Vtek” MMC ilə bağlı işə 27 dekabr tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Faiq Qəniyevin icraatındadır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Roman

Chosen
1
1
tribunainfo.az

2Sources