EN

TƏBİB-ə 24 mindən çox vətəndaş müraciəti daxil olub - AÇIQLAMA

Bakı. Trend:

2024-cü ildə TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin sayı vəonların strukturlaşmış şəkildə cavablandırılması, həmçininminnətdarlıq məktubları və təşəkkür zənglərinin artımı müşahidəedilib.

Trend xəbərverir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar QurbanovTƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dairmətbuat konfransında bildirib.

O qeyd edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzindəTƏBİB-ə elektron sənəd dövriyyəsi sistemi üzərindən və kağızdaşıyıcıda ümumilikdə 24 min 265 vətəndaş müraciəti (birbaşavətəndaşlardan və təşkilatlardan vətəndaşla bağlı) daxil olub:

“Bu müraciətlərdən 13 min 120-si ərizə, 11 min 117-si şikayət,28-i isə təklif olub. TƏBİB-in rəsmi elektron poçt ünvanına isə 23min 247 müraciət daxil olub.

2024-cü ilin 11 ayı ərzində TƏBİB-də 5 561 vətəndaşın qəbuledilməsi təmin edilib. Cari ilin 11 ayı ərzində Çağrı xidmətişöbəsinə daxil olan müraciətlərin sayı isə 101 min 853 olub”.

Chosen
2
8
az.trend.az

9Sources