EN

Uşaq ölümlərinin qarşısını necə almaq olar?

 

“Statistik göstəricilərə fikir versəniz nəinki Azərbaycanda, həmçinin bütün dünyada uşaq ölümlərinin sayının artması müşahidə olunur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu ölümlərin bir çox səbəbləri var və bu səbəblərin aradan qaldırılması üçün işlər görülür.

Nəzərə çatdırıb ki, keçən il TƏBİB tabeli tibb müəssisələrində və ümumilikdə ölkə üzrə ana ölümləri digər illərə əsasən daha az olub.

“Hədəfimiz odur ki, bizdən asılı olan səbəblərdən baş verən bu ölümlərin qarşısını alaq. Ana və uşaq ölümləri ildən ilə azalsın. Amma burada vətəndaşlar da məsuliyyətli olmalı, vaxtında müayinə olunmalı, müalicələrini evdə yox xəstəxanada etməlidirlər. Biz nəqədər erkən dövrdə narahatlıqları aşkar etsək, onun qarşısını da ala bilərik”.

Mina Mikayılova

Chosen
10
bakivaxti.az

1Sources