EN

Dekabrın qara günləri:  AN-140 təyyarəsində can verən 18 nəfər

Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzalarının bir hissəsi dekabr ayına düşür. Belə ki, həmin qəza 1995-ci il dekabrın 5-də qeydə alınıb.

Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub. Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər. Hətta müstəqillikdən əvvəl ən dəhşətli təyyarə qəzası da dekabr ayında baş verib.
Yəqin ki, xatırlayırsınız, 1988-ci ildə zəlzələdən zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilən “İL-76” təyyarəsi Ermənistanın Spitak rayonu yaxınlığında “Stinqer” raketi ilə vuruldu. Sovet dönəmində erməni qüvvələrinin israrı ilə həmin terror hadisəsi tarixə qəza kimi düşdü. Hadisə nəticəsində təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qaldı.

Adalet.az xəbər verir ki, Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçan AN-140 tipli sərnişin təyyarəsi qəzaya uğramasından on doqquz il ötür.

2005-ci il dekabrın 23-də Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarə Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb.

Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları olub.


Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. Bakıdan Bəhram aerodromuna 18 ton yük aparan təyyarə ilə əlaqə iyulun 5-i axşam radələrində kəsilib. Sonradan İl-76-nın Əfqanıstanda NATO qüvvələrinə qarşı silahlı mübarizə aparan “Taliban” qruplaşması tərəfindən raketlə vurulduğu müəyyən olunub. Nəticədə yük təyyarəsinin göyərtəsindəki 5 Azərbaycan və 4 Özbəkistan vətəndaşı həlak olub.

Əntiqə Rəşid

Chosen
8
adalet.az

1Sources