Xətai Tibb Mərkəzinə yerləşdirilən xalq artisti Ofeliya Sənani reanimasiya şöbəsindən palataya köçürülüb.
Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Lalə Sənani məlumat verib:
"Anamın səhhəti normaldır, reanimasiyadan palataya köçürülüb. Yanına heç kim buraxılmır. İki-üç günə xəstəxanadan evə buraxıla bilər".
Qeyd edək ki, 83 yaşlı xalq artisti ağciyər ödəmi diaqnozu və yüksək qan təzyiqiylə xəstəxanaya yerləşdirilib.
Müəllif: Rəqsanə Həsənova