EN

Azərbaycanda qadınların əməyinin qadağan olunduğu vəzifələrin sayı 700-dən 200-ə qədər azalıb - DƏMX rəsmisi

Bakı. Trend:

Əmək qanunvericiliyindəki son dəyişikliklərə əsasən, əgərqadınların əməyinin qadağan olunduğu sahələrin, vəzifələrin sayıtəxminən 700-ə yaxın idisə, son dəyişikliklərdən sonra hamilə vəbir yaşına çatmamış uşağı olan qadınlar üçün bu, 200-dən bir az çoxsaya gəlib çıxdı.

Trend xəbərverir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəismüavini Nərmin Mirzəyeva bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyəİş Adamları Birliyinin konfransıda deyib.

O bildirib ki, dayanıqlı inkişafın məqsədlərindən biri də genderbərabərliyinə nail olmaq, qadınların, qızların hüquq və imkanlarınıgenişləndirməkdən ibarətdir:

"Bu istiqamətdə əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərmühüm məna kəsb edir. Əmək qanunvericiliyindəki son dəyişikliklərqadınların əməyinin qadağan olunduğu iş yerləri məhdudiyyətiniaradan qaldırdı. Bunun əvəzinə analığın mühafizəsi məqsədilə hamiləvə bir yaşına qədər uşağı olan qadınların həmin müddətdəişləməsinin qadağan olunduğu müvafiq peşələrin, vəzifə və işyerlərinin siyahısını müəyyən etdi. Bunun nəticəsində əgərqadınların əməyinin qadağan olunduğu sahələrin, vəzifələrin sayıtəxminən 700-ə yaxın idisə, son dəyişikliklərdən sonra hamilə vəbir yaşına çatmamış uşağı olan qadınlar üçün bu, 200-dən bir az çoxsaya gəlib çıxdı.

Bunların nəticəsidir ki, Dünya Bankının reytinqində AzərbaycanRespublikasının indeksi 7% artaraq 85-ə gəlib çatdı".

"Gender bərabərliyinin təmini üçün hazırda digər qanunvericiliklayihələri də müzakirədədir. Bunlardan biri seksual qısnamanınqarşısının alınması ilə bağlı olan tədbirlərdir. Eyni zamanda,bərabər əməyə görə qadın və kişilərin əmək haqlarının bərabərolması ilə bağlı hazırda müzakirədə olan qanunvericiliklayihələrini də xüsusilə qeyd etmək istərdim", - deyə N. Mirzəyevaqeyd edib.

Chosen
13
az.trend.az

1Sources