EN

Almaniyanın beynəlxalq axtarışa verdiyi Gürcüstan vətəndaşının həbs müddəti uzadılıb

Almaniyanın beynəlxalq axtarışa verdiyi Gürcüstan vətəndaşı Qasımov Natiq Əbdürrəhman oğlu Azərbaycandan ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar qəbul olunub.

Daxil olan sənədlərdə bildirilib ki, Natiq Qasımov barəsində Almaniyada qiyabi şəkildə həbs edilməsi barədə qərar qəbul olunub.

Onun sözlərinə görə, Macarıstanda ona deyiblər ki, avtomobillə təmin ediləcək və dörd nəfər Türkiyə vətəndaşını Almaniyaya aparacaq:

"Onlar Türkiyə vətəndaşı idilər. Sonra öyrəndim ki, qanunsuz gəliblər. Daha sonra məni həbs elədilər. Mənə bu işi tapışıranlar dedilər ki, səni 2-3 günə buraxacaqlar. Elə də oldu. Məni buraxaraq qatara mindirdilər. Həmin gün Polşaya qayıtdım. Daha sonra oradan da çıxdım. Sonradan öyrəndim ki, məni beynəlxalq axtarışa veriblər".

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılmasını istəyib.

Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin işə baxılıb yekunlaşdırılmasına qədər uzadılması ilə bağlı qərar qəbul edib.

Mənbə: report.az

Chosen
4
2
report.az

3Sources