Bakı. Trend:
Ambulansların avtobus zolaqlarına daxil olması ilə bağlı razılıqəldə edilib.
Trend xəbərverir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin(TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransındajurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, təcili tibbi yardım maşınlarının avtobuszolaqlarına daxil olması üçün müvafiq qurumlarla razılıq əldəedilib.
"Əsas məsələ odur ki, vətəndaşlar ambulansların həmin yollaraçıxmasına icazə versinlər.
Yalnız içində xəstə olan ambulanslar səs gücləndiricilərdən vəişıqlardan istifadə edə bilər. Əks halda bu qadağandır", - deyə oqeyd edib.