Dini maarifləndirmə olduqca vacib məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov dekabrın 23-də Bakıda keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
"Həyatı dərk etmək üçün üç yol var. Birincisi elm, ikincisi incəsənət, üçüncü isə dindir", - deyə F.Qurbanov bildirib
O, təhsil proqramlarında daha çox humanizmə diqqət yetirildiyini qeyd edib. “Məktəblərdə keçirilən həyat bilgisi, tarix və digər fənlərdə bu mövzular ətraflı öyrənilir. Həmçinin multikulturalizm fənni də tədris olunur. Bu, Azərbaycanda dinlərə olan münasibətin təzahürüdür”, - deyə nazir müavini diqqətə çatdırıb.