EN

ABŞ amerikalıları bu ölkəni təcili tərk etməyə çağırdı

ABŞ Dövlət Departamenti amerikalıları Belarusu tərk etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.

Qeyd olunur ki, ABŞ vətəndaşları respublikaya səyahət etməkdən çəkinməli, orada olanlar dərhal ölkəni tərk etməlidir.

Göstərilən səbəblər arasında Belarusun Ukraynadakı hərbi əməliyyata dəstəyi, həbs təhlükəsi, vətəndaş iğtişaşlarının mümkünlüyü və səfirliyin ABŞ vətəndaşlarına yardım göstərmək imkanlarının məhdudluğu göstərilir:

“ABŞ vətəndaşları fövqəladə hallar zamanı mümkün səyahət planlarını mütəmadi olaraq nəzərdən keçirməlidir. Qonşu ölkələrlə sərhəd keçidləri bəzən əvvəlcədən xəbərdarlıq edilmədən bağlanır. Belarusun Litva, Polşa, Latviya və Ukrayna ilə sərhədlərində keçid məntəqələrinin bağlanması mümkündür”.

Qeyd edək ki, ABŞ-ın Minskdəki səfirliyinin fəaliyyəti 28 fevral 2022-ci ildə dayandırılıb. Dövlət Departamentinin əmri ilə səfirlik əməkdaşları təxliyə edilib və fövqəladə xidmətlər də daxil olmaqla, xidmətlərin göstərilməsi dayandırılıb.

Chosen
1
2
axar.az

5Sources