EN

Ölkədə baş verən uşaq ölümlərinin səbəbləri araşdırılır- TƏBİB

TƏBİB ölkədə baş verən uşaq ölümlərinin səbəblərini araşdırır.Bunu jurnalistlərə açıqlamasında Vüqar Qurbanov deyib.

"Ana və uşaq ölümü ilə bağlı son illərdə dünyada statistik göstəricilər  onu deməyə əsas verir ki, uşaq ölümünün sayı artıb. TƏBİB ölkə üzrə uşaq ölümünün artımın ciddi araşdırır. Bununla bağlı Öz təkliflərimizi bildirmişik. Ana ölümü ilə bağlı kəskin artımın səbəblərindən biri ölkə üzrə medologiyanın dəyişməsi olub. Ümid edirik bu il bu say azalacaq. Çalışırıq ki, bizdən asılı olan səbəblərdən baş verərsə qarşısını ala bilək",- Qurbanov bildirib.


TƏBİB sədri vurğulayıb ki, bu işdə vətəndaşların məsuliyyətli olmasına da böyük ehtiyac var.
 
Gülnar

www.anews.az
Chosen
9
anews.az

1Sources