EN

Rusiya təyyarələri üçün hava məkanı bağlandı

Yunanıstan Rusiya təyyarələri üçün hava məkanını bağlı elan edib. 

"Cebheinfo.az" "RİA Novosti"-yə istinadən xəbər verir ki, Yunanıstan hakimiyyət orqanları 28 fevral bazar ertəsindən etibarən Rusiyadan olan təyyarələr üçün ölkənin hava məkanını bağlayıb. 

"Mülki Aviasiya İdarəsi (UGA) Yunanıstanın milli hava məkanında Rusiya təyyarələrinin uçuşlarına qadağa qoyan aviasiya təlimatı (NOTAM) barədə məlumat verir",-  deyə açıqlamada bildirilir. Qeyd olunur ki, Yunanıstan hava məkanından Rusiya aviaşirkətlərinin istifadə etməsinə qoyulan qadağa Avropa İttifaqının Rusiyaya qarşı Aİ hava məkanının bağlanması ilə bağlı qəbul etdiyi qərara əsaslanır. Bu sənəd üç ay müddətində qüvvədə olacaq. 

Chosen
9
cebheinfo.az

1Sources