EN

Bahar Muradova erkən və qohumlar arası nikahlardan DANIŞIB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dini təhsil müəssisələrində erkən və qohumlar arası nikahın mənfi nəticələrinə dair məlumatlılığın artırılmasında din xadimlərinin geniş iştirakı şərtdir".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, radikal dini təsirlərin qarşısını almaq üçün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də uşaqlar və gənclər arasında düzgün dini savadlılığın artırılması diqqətdə saxlanılmalı, aidiyyəti dövlət orqanları maarifləndirici tədbirlərə üstünlük verməlidirlər:
"Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş maarifləndirmə proqramlarnın icrası ilə yanaşı, qadınların hüquqlarının təmin edilməsinə, onların ailədə və cəmiyyətdə getdikcə artan roluna uyğun mövqelərə əlçatanlığının təmin olması üçün dinlərin mütərəqqi mesajları da geniş təbliğ edilməlidir.
Dini maarifləndirmə qadınların təhsili və iqtisadi gücləndirilməsi imkanlarının artırılmasına dair məlumatlandırılmasında da istifadə edilə bilər".
Məhərrəm Əliyev
Chosen
5
4
oxu.az

5Sources