EN

TƏBİB rəhbəri sayı artan ana və uşaq ölümlərindən DANIŞDI

“Statistik göstəricilərə baxsaq, ana və uşaq ölümünün sayının  yalnız Azərbaycanda deyil, bütün dünyada artdığı müşahidə olunur”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, uşaq ölümləri və ana ölümləri tərəfimizdən ciddi araşdırılır:
 

"Ana ölümü ilə bağlı keçən il kəskin artımın səbəblərindən biri ÜST -nin tələbinə əsasən ölkə üzrə metodologiyanın dəyişilməsi oldu. Ümid edirik ki, bu ilin sonuna ana ölümlərinin sayı azalacaq. 


Bu məsələlərdə bir az da vətəndaşların daha məsuliyyətli olmaları şərtdir. Çünki bu ölümlərin hamısı yalnız həkimlərin səhvi ucbatından baş vermir. Vətəndaşlardan xahişimiz odur ki, vaxtlı vaxtında xəstəxanalara müraciət etsinlər".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
16
bizim.media

1Sources