EN

Paşinyandan Qarabağla bağlı yeni etiraf: 30 il öncə danışıqlarda nələr olub?

“1994-cü ildən, yəni atəşkəsdən sonra başlanan danışıqlar prosesi Qarabağın Azərbaycana qaytarılması ilə bağlı olub”.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “facebook” səhifəsində paylaşım edib.

O qeyd edib ki, danışıqlar prosesinin məzmunu yox idi, başqa məzmunlu söhbətlər Ermənistanın sırf daxili siyasi problemlərinin həlli üçün aparılırdı.

“Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda bu faktları özümə etiraf etmədim. Vətənpərvərliyim bunu etməyə imkan vermədi, ona görə bütün bunları insanlara çatdırmadım”, - o etiraf edib.

Asif

Chosen
11
1
publika.az

2Sources