EN

Sumqayıtda avtomobilin vurduğu piyada vəfat etdi

Üç gün öncə Sumqayıtda avtomobilin vurduğu qadın müalicə aldığı xəstəxanada vəfat edib

Teleqraf.com xəbər verir ki, hadisə dekbarın 20-də Sumqayıt şəhəri Heydər Əliyev prospektində baş verib.

Yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Talehli Nahidə İsmi qızını avtomobil vurub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan qadın Sumqayıt şəhər 2 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis faktı araşdırır.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
3
teleqraf.com

1Sources