EN

ABŞ-dən vətəndaşlara çağırış: Dərhal Belarusu tərk edin!

ABŞ Dövlət Departamenti amerikalıları dərhal Belarus ərazisini tərk etməyə çağırıb. Bununla bağlı ABŞ hökuməti sözugedən ölkəyə “səyahət etməyin” xəbərdarlığı ilə bağlı “qırmızı” status verib.

 "Belarusdakı ABŞ vətəndaşları dərhal bu ölkəni tərk etməlidirlər", -Dövlət Departamentinin internet saytında "Travel Advisory" bölməsində deyilir.

 ABŞ 2022-ci ilin fevralında Minskdəki səfirliyini bağlayıb və Belarusdakı bütün konsulluq xidmətlərini də dayandırıb.

 Dövlət Departamenti həmçinin amerikalılara xatırladıb ki, Belarus ikili vətəndaşlığı tanımır, ona görə də Belarus pasportu olan amerikalılar respublikaya səfər edərkən diqqətli olmalıdırlar.

Tural

Chosen
6
news365.az

1Sources