EN

“Mən heç kimlə uçmaq istəmirəm” – Təyyarədə deputatdan QALMAQAL  

Rusiyada Saxalin Vilayət Dumasının deputatı Aleksandr Ponajev təyyarədə qalmaqal yaradaraq oradan uzaqlaşdırılıb.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, deputatın uçuş şəraitinə görə qəzəbləndiyi video yayımlanıb.

Videoda kişi biznes-klass uçuşlarını ödəyə biləcəyini, lakin “xalqla” uçduğunu bildirir. Videonun sonunda “Mən heç kimlə uçmaq istəmirəm” ifadəsini işlədib. Məlumata görə, Ponajev oturduğu yerə görə qalmaqal yaradıb.

Bundan sonra o, videomüraciət yazıb və Telegram-da yayımlayıb.

Videomüraciətdə deputat hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. “Mən öz günahımı tamamilə və tamamilə etiraf edirəm”, – deyə o bildirib. O, davranışını yorğunluqla izah edib.

Chosen
3
medianews.az

1Sources