Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün gözlənilməz bir açıqlama ilə çıxış edib. Paşinyan etiraf edib ki, 1994-cü ildən bəri İrəvan ilə Bakının danışıqlarının gündəliyində həmişə yalnız Qarabağın Azərbaycana qaytarılması məsələsi olub.
Paşinyan sosial şəbəkədəki səhifəsində münaqişənin daavm etdiyi bütün bu müddət ərzində Ermənistan-Azərbaycan danışıqlarının Qarabağın Azərbaycana qaytarılması mövzusuna həsr edildiyini bildirib.
Onun sözlərinə görə, 1994-cü ildən bəri münaqişənin bütün onllikləri boyunca Bakı ilə İrəvan əslində yalnız və yalnız bu məsələni müzakirə ediblər, onun digər aspektləri daha qaldırılmayıb.
Paşinyan yazıb: "Ermənistan Respublikasında başqa mövzularda müzakirələr sırf daxili siyasi məsələlərin həlli üçün aparılb".
Ermənistanın Baş naziri bu məsələdə etdiyi ciddi səhvini də qeyd edib: "2018-ci ildə, mən danışıqların məzmunu ilə tanış olanda bu deyilənləri özümə etiraf etmədim (sizə bəlli olan modeldəki vətənpərvərliyim mənə bunu etmək imkanı vermirdi) və buna görə də bütün bunları xalqa izah etmədim".
Hürr Tərcüman