EN

Oskanyan: Ermənistan cəmiyyəti dərin parçalanmış vəziyyətdədir


Ermənistanda makroiqtisadi göstəricilər iqtisadi artımı göstərsə, bu, daha çox Qərbin Rusiyaya qarşı sanksiyalarının gözlənilməz faydaları ilə bağlıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yazıb.

Oskanyana görə, ermənilərin əksəriyyəti bundan heç bir fayda görmür. Yaşayış xərclərinin artması, əmək haqlarının durğunluğu, xarici borcun artması, xarici investisiyaların olmaması, iş yerlərinin azalması və həddindən artıq yüksək vergilər sadə vətəndaşların vəziyyətini dəyişməyib. Makroiqtisadi göstəricilərlə gündəlik reallıq arasındakı uçurum var.

Ermənistan indi avtoritar idarəçiliyə doğru sürüşür. 2018-ci ildə Paşinyanın dövründə başlayan demokratik oyanış ümidi dövrü tək adamın idarəçiliyinə çevrilib. İctimai etimadın aşağı səviyyədə olmasına baxmayaraq, Paşinyan onu hesabatlılıqdan qoruyan parlament çoxluğu sayəsində hakimiyyəti saxlayır. Gücün bu həddən artıq cəmləşməsi Ermənistanın demokratik sistemindəki daha dərin uçurumu əks etdirir ki, bu da liderləri məsuliyyətə cəlb edə bilmir”,-deyə erməni siyasətçi qeyd edib.
Oskanyanın fikrincə, Ermənistanda müstəqil məhkəmə sistemi, azad mətbuat kimi institutlar Paşinyan dövründə daha da zəiflədilib.

“Bir vaxtlar Ermənistanın siyasi mənzərəsinin bəlası olan korrupsiya bu il daha məkrli və institusionallaşıb, ölkənin demokratik əsaslarını sarsıdıb. Hakim elita tərəfindən vergi ödəyicilərinin pullarından sui-istifadə halları görünməmiş həddə çatıb. Məmurlar dövlət vəsaitlərini qeyri-şəffaf sxemlər vasitəsilə yayındırır və Paşinyana sadiq olanlara əsassız bonuslar və güzəştlər verilir.
Nəhayət, Ermənistan cəmiyyəti hələ də dərin parçalanmış vəziyyətdədir. Siyasi manipulyasiya və sosial gərginlikdən qaynaqlanan qütbləşmə parçalanma və düşmənçilik mühiti yaradıb”,-deyə sabiq erməni xarici işlər naziri bildirib.

Musavat.com

Chosen
2
musavat.com

1Sources