EN

Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

Image

Koreya Respublikası polisi, dekabrın 3-4-də baş vermiş hərbi vəziyyət hadisələri ilə bağlı araşdırma çərçivəsində Prezident Yun Sok Yolun şəxsi telefonunun zəng tarixçəsini yoxlayır. Bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, xüsusi istintaq qrupu həmin hadisələrin digər əsas iştirakçılarına zəng edilib-edilməməsi ilə maraqlanır. Polis bu məqsədlə müvafiq order alıb və qapalı ünsiyyət üçün istifadə edilən telefona da giriş əldə etmək niyyətindədir.

Polis, həmçinin Prezident Yun Sok Yolun maliyyə naziri Çxve San Mokuya verdiyi və hərbi vəziyyət elan edilməmişdən əvvəl əldə etdiyi sənədi araşdırır. 

Mətləb Salahov






Chosen
4
3
baki-xeber.com

5Sources