İki Qazaxıstan vətəndaşı Suriyada terror təşkilatlarına üzv olmaqda təqsirli bilinib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) bugünkü bəyanatında deyilir.
Qazaxıstanın iki vətəndaşına qarşı məhkəmə prosesi başa çatıb. Onlar 2020-2022-ci illərdə Suriyadakı terror təşkilatlarının üzvləri olublar.
Onların “xaricdə” aşkar edilərək ölkəyə gətirildiyi qeyd edilir.
Onlardan biri – respublikanın Türküstan bölgəsinin sakini terrorçu qruplaşmanın fəaliyyətində iştirakda, digəri Atırau sakini xaricdə terrorçuluq təlimi keçməkdə təqsirli bilinib.
Xuraman Etibarlı
İnterpress.az