EN

Azərbaycanda işlə təmin olunma ilə bağlı yeni layihələr hazırlanır

Bakı. Trend:

Azərbaycanda işlə təmin olunma ilə bağlı iki yeni sosial layihəhazırlanır ki, bunlardan biri məqsədli proqram, digəri isə kvotaüzrə iş yerlərinin müəyyənləşdirilməsidir.

Trend xəbərverir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrininmüavini Hasil Abbasov bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə İşAdamları Birliyinin konfransıda deyib.

O bildirib ki, məqsədli proqramla bağlı qanunvericilikaktlarının yaxın bir zamanda qəbul ediləcəyi gözlənilir:

"Qəbul edildikdən sonra onun bütün təfərrüatı ictimaiyyətləpaylaşılacaq. Bu, iş tapmağa yardım edən bir platforma olacaq. Buistiqamətdə müsabiqələr həyata keçiriləcək. Müsabiqələrdə minimumbəlli bir istiqamətdə fəaliyyəti olan, işçi sayını azaltmayan,ixtisarlara getməyən hər hansı bir vergi və ya digər ödənməmişöhdəliyi qalmayan şirkətlər iştirak edə biləcəklər. Bu da vətəndaşvə işəgötürənə ortaq şəkildə yönələn bir dəstək proqramıfunksiyasını daşıyacaq".

"Digər bir sosial proqramımız isə kvota üzrə iş yerlərininmüəyyənləşdirilməsidir. Bu, xüsusilə həssas qrupu əhatə edəcək.Həssas qrupda olan insanlar dedikdə biz əlillər, şəhid ailəsiüzvləri, 20 yaşına qədər olan gənclər, tək övlad böyüdənvalideynlər, 5-dən çox övlad böyüdən valideynlər, 18 yaşına qədərəlilliyi təyin olunmuş övlad böyüdən valideynləri nəzərdətuturuq.

Bundan əlavə, cəzaçəkmə müəssisələrindən yeni azad edilmişşəxslərin də əmək bazarına inteqrasiyasına da dəstək olmaqniyyətindəyik. Eyni zamanda, pensiya yaşına iki və daha az müddətqalmış vətəndaşlarımız bu layihələrdən yararlanacaqlar", - deyəH.Abbasov qeyd edib.

Chosen
30
az.trend.az

1Sources