EN

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) SİA-ya verilən məlumata görə, AMADA tərəfindən tərcümə edilən siyahı 2025-ci il yanvarın 1-dən etibarlı olacaq.

Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi, izahlı qeydlər və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı ilə bu linkə keçid etməklə tanış olmaq olar.

Chosen
6
2
sia.az

3Sources