“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 17-ci turunda “Parma” üzərində 5:0 hesablı ev qələbəsini şərh edib.
Arena.az “Football Italia” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən bu oyunun “Roma”nın cari mövsümdə ən yaxşı oyunu olub-olmadığını bilmirəm, amma bizə kamilləşmək gərək olduğunu bilirəm. Oğlanlar “Komo”ya qarşı ikinci hissəni unutmalı idilər, onlar bunu etdilər və indi biz Milad bayramını yaxşı keçirə bilərik, amma bundan sonra biz daha yaxşısını etməliyik, çünki “Roma” səkkiz aydır A Seriyasında səfərdə qalib gəlmir. Bir “Roma”nın evdə, digərinin isə səfərdə olması düzgün deyil, biz oyanıb daha yaxşı fəaliyyət göstərməliyik”, deyə Klaudio Ranyeri vurğulayıb.
17 oyundan 19 xalla “Roma” İtaliya A Seriyasının yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Parma” isə 15 xalla 17-ci yerdədir.
İtaliya A Seriyasında 40 xalla “Atalanta” başçılıq edir. 15 oyundan 34 xalla 3-cü pillədə qərarlaşmış “İnter”i isə mümkün lider adına iddialıdır.