EN

Erməni revanşist deputat: Paşinyan ağ yalan danışır

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün “1994-cü ildən, yəni atəşkəsdən sonra bütün danışıqların Qarabağın Azərbaycana qaytarılması ətrafında getdiyini” bildirib.

Musavat.com xəbər verir ki, erməni revanşist deputat Artur Xaçatryan Paşinyanın açıqlamalarına təpki göstərib.

Onun iddiasına görə, keçmiş prezidentlər zamanında belə bir mövzuda danışıqlar aparılmayıb.

“Paşinyan bütün danışıqlar prosesini məhv etdi. Bu gün Paşinyanın dövründə Qarabağda türklər yaşayır. Bu, onun fəaliyyətinin nəticəsidir”, - deyə Xaçatryan qeyd edib.

Musavat.com

Chosen
6
musavat.com

1Sources