EN

Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayı

TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi sahəsində İnnovasiya və Təchizat Mərkəzi tərəfindən işlər görülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.

O bildirib ki, hazırda şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir və onlar zəruri preparatlarla təmin olunublar”.

V.Qurbanov əlavə edib ki, B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiya tərəfindən isə dekabrın 1-nə olan məlumata əsasən, 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib.

"Cebheinfo.az"

Chosen
3
13
cebheinfo.az

10Sources